BAKI, 22 may. TELEQRAF
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün son turu davam edir.
Teleqraf xəbər verir ki, bu gün XXXIII tur çərçivəsində 2 qarşılaşma baş tutacaq.
İlk oyun saat 17:00-da "Bank Respublika Arena"da baş tutacaq. "Turan Tovuz" mövsümün çempionu "Sabah"la üz-üzə gələcək. Qarşılaşmanı Rauf Cabarov idarə edəcək.
Günün ikinci qarşılaşması isə saat 19:30-da Sumqayıt şəhər stadionunda start götürəcək. Şəhərin eyniadlı komandası doğma azarkeşlər önündə "Qarabağ"ı qəbul edəcək. Matçın baş hakimi Elvin Bayramov olacaq.
Azərbaycan Premyer Liqası
XXXIII tur
22 may
17:00. "Turan Tovuz" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"Bank Respublika Arena"
19:30. "Sumqayıt" – "Qarabağ"
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu