EN

Axşam yeməyindən sonra gəzinti niyə vacibdir? Dietoloq AÇIQLADI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dietoloq Ana Luson bildirib ki, bir çox insan şam yeməyindən sonra sağlamlığa zərər verən geniş yayılmış bir səhvə yol verir.

Redaktor.az xəbər verir ki, həkim bu barədə “HuffPost” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, yeməkdən sonra tam hərəkətsiz qalmaq – məsələn, divanda uzanaraq televizora baxmaq və ya yatağa keçmək həzm sisteminə mənfi təsir göstərir. Ana Luson qeyd edib ki, bu zaman mədə-bağırsaq traktının fəaliyyəti zəifləyir.

“Orqanizm fiziki olaraq passiv vəziyyətə keçəndə həzm prosesi xeyli yavaşlayır. Bu isə qidaların fermentləşməsinə, qaz yığılmasına, reflüksə və güclü köp hissinə səbəb ola bilər”, – deyə dietoloq vurğulayıb.

O, şam yeməyindən sonra 10-15 dəqiqəlik qısa gəzintinin daha faydalı olduğunu bildirib. Dietoloqun fikrincə, yüngül hərəkət bağırsaqların fəaliyyətini aktivləşdirir və həzmi asanlaşdırır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
redaktor.az

2Sources