EN

Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?

Ürək sağlamlığını qorumaq üçün düzgün qidalanmanın vacibliyi hər zaman vurğulanır.

Publika.az xəbər verir ki, ispaniyalı kardioloq Aurelio Roxasın açıqlamasına görə isə yay aylarında ürək üçün ən faydalı giləmeyvələrdən biri çiyələk hesab olunur.

Həkim çiyələyin tərkibindəki yüksək antioksidant və lif sayəsində orqanizmdə xroniki iltihabın azalmasına kömək etdiyini bildirib. Onun sözlərinə görə, bu cür iltihab şəkərli diabet, piylənmə və xroniki yorğunluq kimi bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir.

Kardioloq qeyd edib ki, mütəmadi çiyələk istehlakı insulinə həssaslığı artırır və qanda şəkərin səviyyəsinin normallaşmasına dəstək olur. O vurğulayıb ki, qlükozanın kəskin yüksəlməsi damarların və hüceyrələrin daha sürətli qocalmasına səbəb olaraq ürək-damar xəstəlikləri riskini artırır.

Chosen
10
1
publika.az

2Sources