EN

CHP-də böyük “qırğın” başlayır – Sədrliyə qayıdan Kılıçdaroğlu İmamoğlunun "qələmini qırdı"

Türkiyə siyasətində CHP daxilində yeni gərginlik dalğasının başladığı iddia olunur. Partiya daxilində genişmiqyaslı dəyişikliklər və üzvlük qərarlarının gündəmə gəldiyi bildirilir.

Musavat.com xəbər verir ki, CHP-nin yenidən rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu hazırda məhkəmə prosesləri davam edən partiya üzvləri ilə bağlı sərt addımlar atmağa hazırlaşır.

İddialara əsasən, İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Əkrəm İmamoğlu da daxil olmaqla, barəsində məhkəmə prosesi gedən şəxslərin partiya üzvlüyünün dayandırılması və ya ləğvi variantı nəzərdən keçirilir. Bildirilir ki, həmin şəxslər yalnız məhkəmədə tam bəraət aldıqları halda yenidən CHP sıralarına qayıda biləcəklər.

Türkiyə mediasında yayılan kulis məlumatlarında Kılıçdaroğlunun CHP-də geniş struktur dəyişikliyi planlaşdırdığı da qeyd olunur. Məlumata görə, partiyanın onlarla vilayət təşkilatında rəhbərlərin dəyişdirilməsi və daha kiçik heyətlə yeni rəhbər komandanın formalaşdırılması müzakirə edilir.

Kamal Kılıçdaroğlunun yenidən sədrliyə qayıtması isə CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayı ilə bağlı məhkəmə qərarından sonra mümkün olub. Ankara Apellyasiya Məhkəməsinin qərarında qurultayın nəticələrinin etibarsız sayıldığı və əvvəlki rəhbərliyin müvəqqəti şəkildə partiya idarəçiliyinə qaytarıldığı bildirilib.

 

Musavat.com

Chosen
117
musavat.com

1Sources