EN

“Karyeramı bitirmək fikrində deyiləm”

"Formula 1"in 7 qat dünya çempionu, 41 yaşlı britaniyalı pilot Luis Həmilton karyerasını başa vuracağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli pilotçu bu barədə jurnalistlərə açıqlamasında qeyd edib.

“Əlimdə hələ bir il var və motivasiyam tamdır. Bir çoxları məni bu idmandan uzaqlaşdırmağa çalışır, lakin mən artıq gələcək beş ili planlaşdırıram və ‘Ferrari’də uzun müddət qalmağı ümid edirəm”, – deyə Həmilton mətbuat konfransında bildirib.

Xatırladaq ki, 2025-ci ildən britaniyalı pilot Formula 1-də İtaliyanın “Ferrari” komandasında çıxış edir. Hazırda o, dörd mərhələdən sonra 51 xalla pilotlar sıralamasında 5-ci yerdə qərarlaşıb.

Chosen
53
90deqiqe.az

1Sources