EN

Qazaxıstanda son zəng qadağaları- restoranda ziyafət, məzunlardan pul yığmaq...

Qazaxıstan restoranlarda, kafelərdə, ziyafət salonlarında, istirahət mərkəzlərində və açıq hava məkanlarında məzuniyyət mərasimlərinin keçirilməsini qadağan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qadağa məktəbəqədər, orta, texniki və peşə və ali təhsil müəssisələrinə şamil edilir. Yeni qaydalar Qazaxıstan Təhsil Nazirliyi tərəfindən dərc edilib.

Nazirliyin açıqlamasında bildirilir ki, "məzuniyyət mərasimləri yalnız təhsil müəssisələrində keçiriləcək".

Bundan əlavə, qaydalar valideynlərdən, qanuni qəyyumlardan və şagirdlərdən pul toplamağı, eləcə də məzuniyyət mərasimləri ilə əlaqədar hədiyyələr və digər maddi əşyalar tələb etməyi qadağan edir.

Nazirlik izah edib ki, bu tədbirlər məzuniyyət mərasimləri zamanı təhlükəsizliyin və ictimai asayişin təmin edilməsinə və təhsil müəssisələrində "Qanun və qayda" ideologiyasının gücləndirilməsinə yönəlib.

Musavat.com

Chosen
43
musavat.com

1Sources