EN

Rumıniyada nazirlik binasında HADİSƏ: insanla dolu lift qırıldı

Buxarestdə Rumıniya Nəqliyyat Nazirliyinin yerləşdiyi binada içində insanların olduğu lift qırılaraq bir neçə mərtəbə aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Romania Journal" məlumat yayıb.
 

Hadisə nəticəsində liftin kabinası bir neçə mərtəbə aşağı düşüb və içərisində olan 7 nəfər xəsarət alıb.  Onlardan beşinə tibbi yardım göstərilib.


Qeyd olunur ki, liftin texniki xidmətinə cavabdeh olan şirkət hadisədən bir gün əvvəl təmir işləri aparıb. Bu işlərə kanatların tamamilə dəyişdirilməsi daxil olub.

Fövqəladə hadisədən sonra əlavə yoxlamalar aparmaq üçün binadakı bütün liftlərin fəaliyyəti dayandırılıb.

Bizim.Media

Chosen
32
1
bizim.media

2Sources