EN

"Şəhid Analarına Dəstək" İctimai Birliyi "Aprel şəhidlərinin ailə üzvləri ilə iş’" adlı layihənin icrasına başlayıb

 "Şəhid Analarına Dəstək" İctimai Birliyi "Aprel şəhidlərinin ailə üzvləri ilə iş’" adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihənin hazırlıq mərhələsində məlumat lövhəsi, bukletlər hazırlanacaq. Tədbirlərin keçirilmə məkanları müəyyənləşdiriləcək, şəhid ailə üzvlərinin dəvətləri həyata keçiriləcək.
 Aprel şəhidlərinin ailə üzvləri ilə Bakı şəhərində 5 görüş təşkil olunacaq.Görüşlərdə Aprel şəhidlərinin ailə üzvləri ilə yanaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş digər şəhidlərimizin ailə üzvləri də iştirak edəcək.


Layihənin əsas məqsədi Aprel şəhidlərinin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həmin şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə  verməkdir. 
 

Chosen
36
qht.az

1Sources