EN

Özbəkistan millisi DÇ-2026 zamanı "Atlanta"nın bazasında məşq edəcək

Özbəkistan Futbol Assosiasiyası və "Atlanta Yunayted" sosial şəbəkələrdə yaydıqları açıqlamada Özbəkistan millisinin 2026-cı il dünya çempionatı müddətində Amerika klubunun bazasında məşq edəcəyini elan ediblər.

Far.Az xəbər verir ki, baza iyunun 10-dan etibarən milli komandanın istifadəsinə veriləcək.

"Atlanta Yunayted" paylaşımında "Xoş gəldin, Özbəkistan" ifadəsinə yer verib.

Dünya çempionatında Özbəkistan millisi K qrupunda Kolumbiya milli komandası, Portuqaliya milli komandası və Konqo Demokratik Respublikası milli komandası ilə mübarizə aparacaq. Komanda ilk oyununu iyunun 18-də Kolumbiyaya qarşı keçirəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyunda başlayacaq və 19 iyuladək davam edəcək. Turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Hazırkı dünya çempionu isə Argentina milli komandasıdır.

Chosen
24
1
far.az

2Sources