Ermənistanda baş nazirliyə iddialı Samvel Karapetyan qalmaqallı açıqlama verib.
O, bildirib ki, azərbaycanlıların Ermənistanda torpaq və ev almasını, eyni zamanda onlara hədiyyə verilməsini qadağan edən qanunlar qəbul edəcəy.
Karapetyan iddia edib ki, guya 300 min azərbaycanlı torpaq sahələri və evlər almaqla artıq Ermənistanda yerləşməyə hazırlaşır”. Onun sözlərinə görə, bunun üçün Ermənistanda bəzi kəndlər, məktəblər və uşaq bağçaları boşaldılır.
Bəs həmyerlilərimiz bu haqda nə düşünür, Onlar doğrudanmı Ermənistanda yaşamaq və ya oradan əmlak almaq barədə düşünürlər?