EN

“Sabah”ın komandası “Mançester Siti” ilə bir qrupda

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah”ın U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.

U-13 komandası turnirdə İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” komandaları ilə bir qrupda mübarizə aparacaq.

U-15 komandası isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.

U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək. Matçlar sabah səhər saatlarında baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
futbolpress.az

1Sources