EN

Plyuşenkonun oğlu Azərbaycan bayrağı altında çıxış edəcək

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr bundan sonra Azərbaycan bayrağı altında çıxış etmək planlarından danışıb.

Musavat.com “Sport-Express”-ə istinadla xəbər verir ki, məşhur idmançının oğlu deyib: "Mən rus idim və rus olaraq da qalıram. Mənə beş il müddətinə Azərbaycan idman vətəndaşlığı verilib. Ümid edirəm ki, iki ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil edə və atamın akademiyasına şöhrət gətirə bilərəm", - deyə 13 yaşlı idmançı bildirib.

Kiçik Plyuşenko əlavə edib ki, müxtəlif ölkələrdən mümkün qədər çox fiqurlu konkisürənin Rusiyaya gəlməsini istəyir. "Hamımızın dost olmağımızı istəyirəm. İdman hamımızı birləşdirir. Hər kəsin Rusiyanı sevməsini və bura gəlməsini istəyirəm", - deyə o bildirib.

Daha əvvəl SSRİ-nin əməkdar fiqurlu konkisürmə məşqçisi Tatyana Tarasova Plyuşenkonun oğlunun Azərbaycan adından yarışmaq qərarını şəxsi məsələ adlandırıb. "Bu, onların şəxsi işidir. O, valideynlərinin oğludur. Valideynlər həmişə övladlarının harada və kiminlə olacağını və məşq edəcəyini seçməyə kömək edirlər", - deyə o bildirib.

Rusiya Fiqurlu Konkisürmə Federasiyası 13 yaşlı idmançıya sərbəst buraxılış verib. Beynəlxalq Konkisürmə İttifaqı transferi təsdiqləsə, o, gələn mövsümdən başlayaraq yarışlarda Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Musavat.com

Chosen
15
musavat.com

1Sources