EN

“Mən bir vaxtlar bu haqda xəyal edirdim”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus Silahlı Qüvvələrinin raket briqadasına səfəri zamanı “İsgəndər-M” əməliyyat-taktiki sistemini öz arzusunda olan silah adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Belta” məlumat yayıb.

“Mən bir vaxtlar bu sistem haqqında xəyal edirdim. Bu gün isə bizdə birdən çox var. Və siz məndən yaxşı bilirsiniz ki, bu, yaxşı silahdır”, - Belarus lideri bildirib.

Qeyd edək ki, Lukaşenkonun səfəri Belarus ordusu ilə Rusiya Silahlı Qüvvələrinin birgə təlimləri fonunda baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
2
qafqazinfo.az

3Sources