EN

Qayda pozan gənc polislər cərimələndilər VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qayda pozan gənc polislər cərimələniblər. Avtosfer.az xəbər verir ki, Yakutiyada baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.

Belə ki, daxili işlər orqanlarına yeni işə qəbul olunmuş və hazırda hazırlıq keçən gənc əməkdaşlar mərkəzi küçədə skuterlə hərəkətə ediblər. Lakin gənc polislərin qayda pozuntusu həmkarlarının diqqətindən yayınmayıb. "Qanun hamı üçün bərabərdir" prinsipini rəhbər tutan yol polisləri öz gənc həmkarlarını saxlayıblar. Qaydanı pozan hər iki əməkdaşa qarşı inzibati protokol tərtib edilib. Gələcəkdə belə halların təkrarlanmaması üçün onlarla tərbiyəvi xarakterli söhbət aparılıb.

Qeyd edək ki, təhlükəsizlik qaydalarına əsasən, elektrikli skuterlərdən eyni anda iki nəfərin istifadə etməsi qəti qadağandır və bu, ciddi qəza riski yaradır. Hətta polis olsanız belə!

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
avtosfer.az

1Sources