EN

Azərbaycandan digər istiqamətlərə də qatar reysləri bərpa ediləcək? VACİB AÇIQLAMA

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan və Gürcüstan paytaxtları arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı mühüm qərar qəbul edilib.

BAKU.WS-in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişiklikdən sonra Bakı–Tbilisi istiqamətində beynəlxalq sərnişin qatarlarının hərəkəti yenidən mümkün olacaq.

Maraqlıdır ki, digər istiqamətlərdə də dəmir yol xidməti bərpa ediləcəkmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, digər istiqamətlərdə oxşar qərarların verilməsi Nazirlər Kabineti tərəfindən aparılan qiymətləndirmələrdən sonra mümkün ola bilər:

"Bu, hökumətin qiymətləndirmələri ilə bağlıdır. Mövcud çağırışlar və risklərin nəzərə alınaraq qərarların verilməsi əsas şərtlərdən biridir.

Mütəmadi olaraq Nazirlər Kabineti tərəfindən bu istiqamətdə qiymətləndirmələr davam etdirilir. Bu istiqamətdə yeni qərarların qəbul ediləcəyi birbaşa Nazirlər Kabinetinin qiymətləndirmələrindən və qərarından asılı olacaq".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
baku.ws

2Sources