Məşhurlara qarşı keçirilən narkotik əməliyyatında adı hallanan “Blok 3” təxəllüslü Hakan Aydın jurnalistlərin suallarını cavablandırıb.
Musavat.com xəbər verir ki, repçi haqqında yayılan saxlanılma xəbərlərini təkzib edib:
“ "Hakanı apardılar" deyə bir şey yoxdur. Səhv evə gediblər, ora mənim evim deyil. Gedib ifadəmi verəcəyəm”.
Qeyd edək ki, İstanbul İl Jandarma Komutanlığı əməkdaşları tərəfindən 21 may 2026-cı il saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında yerləşən 24 ünvanda, həmçinin Muğlada 1 ünvanda olmaqla ümumilikdə 25 ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı 25 şübhəli barəsində axtarış və saxlanılma tədbirləri həyata keçirilib.
Saxlanılan şəxslərin siyahısında aşağıdakı adlar yer alır:
Serenay Sarıkaya
Berkay Şahin
Tan Taşçı
Yağmur Ünal
Mirgün Cabas
Mabel Matiz
Feyza Civelek
Niran Ünsal
Onur Tuna
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Könül
Musavat.com