EN

Ekspert: NATO üçün hazırda əsas problem Rusiyanın nüvə zərbəsi deyil...

Ukraynala hərbi ekspert, ehtiyatda olan zabit Andrey Kramarov Radio NV efirində bildirib ki, NATO üçün hazırda ən böyük çağırış Rusiyanın mümkün nüvə silahı istifadəsi deyil, Baltikyanı ölkələrin hava məkanına dronların daxil olmasıdır.

HİT.az xəbər verir ki, Kramarovun sözlərinə görə, NATO Rusiyanın nüvə silahından istifadə ehtimalını həddindən artıq şişirdilmiş təhlükə kimi qiymətləndirir və bunun əvəzinə daha real təhdidlərə fokuslanmalıdır.

“Əsas problem Baltikyanı ölkələrin üzərində dron hücumlarının qarşısının alınmasıdır. Bu, artıq real təhlükəsizlik və psixoloji təsir yaradır”, deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, belə insidentlər artıq region ölkələrində gündəlik həyata təsir göstərir: hava xəbərdarlıqları, sığınacaqlara enmə halları və bunun nəticəsində yaranan iqtisadi və psixoloji təzyiq.

Onun fikrincə, Rusiyanın Avropaya qarşı təzyiqi məhz Baltikyanı regiondan başlaya bilər və NATO bu istiqamətdə daha operativ addımlar atmalıdır.

Kramarov həmçinin bildirib ki, dron hücumları artıq Ukraynada müşahidə olunan vəziyyətə bənzər nəticələr yaradır və bu, NATO üçün daha aktual təhlükədir.

Samir

Chosen
32
hit.az

1Sources