EN

Azərbaycan fiqurlu konkisürməsinə YENİ GÜC: Aleksandr Plyuşenko ölkəmizi TƏMSİL EDƏCƏK – FOTO

Rusiya fiqurlu konkisürmə federasiyası Aleksandr Plyuşenkonun Azərbaycan bayrağı altına keçidini təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) məlumat yayıb.

İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycan komandasında yarışacaq.

13 yaşlı idmançı artıq Rusiya Fiqurlu Konkisürmə Federasiyasından (FFKKR) icazə alıb.

Federasiya idmançının bayraq dəyişikliyi ilə bağlı müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, bu keçid Azərbaycanın fiqurlu konkisürmə sahəsində idman potensialının gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

İdmançının Azərbaycan yığmasının heyətində hansı yarışlarda debüt edəcəyi yaxın vaxtlarda rəsmi olaraq açıqlanacaq.

Plyuşenkonun akademiyasından daha iki konkisürən də vətəndaşlıqlarını dəyişəcək: Veronika Jilina Azərbaycan adından yarışacaq və Kira Trofimova Belarus bayrağına keçəcək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
30
1
interpress.az

2Sources