BAKI, 21 may. TELEQRAF
“Ukrayna tam şəkildə Avropa İttifaqı (Aİ) və NATO-ya inteqrasiya olunmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka deyib.
“Öz təhlükəsizliyimiz naminə Ukrayna mümkün qədər tez Avropa strukturlarına, gələcəkdə isə NATO-ya inteqrasiya olunmalıdır. Mən Ukraynanın bütün bu strukturlara inteqrasiyası olmadan Avropanın təhlükəsizliyini görmürəm”, - o bildirib.