EN

AB hantavirusa qarşı vaksin və müalicə üsulları üzərində işləyir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Komissiyasının Davamlı Nəqliyyat və Turizm üzrə üzvü Apostolos Tsitsikostas Avropa Parlamentinin (AP) plenar iclasında Hollandiya bayraqlı “MV Hondius” sərnişin gəmisində baş verən hantavirus hadisəsinə Avropa Birliyinin (AB) reaksiyasını dəyərləndirib.

Bizimyol.info xəbər verir ki, hazırda 11 hadisənin aşkarlandığını, onlardan 9-nun laboratoriya testləri ilə Andes hantavirusu olaraq təsdiqləndiyini bildirən Tsitsikostas, hadisə nəticəsində 3 nəfərin həyatını itirdiyini, 2 xəstənin isə reanimasiyada olduğunu qeyd edib.

O bildirib ki, bütün şübhəli və təsdiqlənmiş hallar ciddi tibbi nəzarət altında izolə edilib və “Hazırkı mərhələdə genişmiqyaslı epidemiyanın başlanğıcı ilə bağlı heç bir əlamət yoxdur.”

Avropa Xəstəliklərinin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) Avropadakı ümumi əhali üçün risk səviyyəsini “çox aşağı” kimi qiymətləndirdiyini qeyd edən Tsitsikostas, AB-nin səhiyyə və mülki müdafiə mexanizmlərinin sürətlə işə salındığını vurğulayıb.

İspaniyanın yardım tələbi əsasında 6 mayda AB Mülki Müdafiə Mexanizminin aktivləşdirildiyini bildirən Tsitsikostas, Tenerife adasından Avropadakı xəstəxanalara 70-dən çox sərnişin və heyətin təxliyə edildiyini, onların 40-dan çoxunun AB vətəndaşı olduğunu açıqlayıb.

Virusun uzun inkubasiya dövrü səbəbindən qarşıdakı həftələrdə yeni halların görünə biləcəyinə dair xəbərdarlıq edən Tsitsikostas, Avropa Komissiyasının Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ECDC və üzv ölkələrlə sıx əməkdaşlıqda işlədiyini bildirib.

Tsitsikostas AB-də hantaviruslara qarşı təsdiqlənmiş vaksin və xüsusi müalicə olmadığını deyib: “Hazırda hantaviruslara qarşı ümidverici vaksin və müalicə üsulları inkişaf etdiririk”, - deyə qeyd edib.

Qeyd edək ki, hantavirus əsasən gəmiricilərdən yoluxur. Gəmiricilərin qurumuş ifrazatları və tüpürcəyinin qarışdığı havanın nəfəs alınması, bəzən isə gəmiricinin dişləməsi və ya cırması virusun yoluxmasına səbəb olur. Yoluxma zamanı hərarət, yorğunluq və əzələ ağrıları kimi simptomlar müşahidə edilir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
icma.az

1Sources