EN

Özbəkistanın “Yeni Daşkənd” layihəsinə böyük maraq var -

Özbəkist paytaxtdan 20 kilometr aralıda “Yeni Daşkənd” layihəsini həyata keçirir.Bu barədə Metbuat.az-a Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edən Özbəkistanın Dayanıqlı Şəhərsalma və Mənzil Bazarı üzrə Milli Komitəsinin bölmə rəisi Aziz Elkabayev bildirib. Onun sözlərinə görə, forum çərçivəsində təqdim olunan pavilyonda “Yeni Daşkənd” layihəsinin maketi nümayiş etdirilir: “Biz burada Özbəkistanı və “Yeni Daşkənd” pavilyonunu təmsil edirik. Layihə Daşkənd şəhərindən təxminən 20 kilometr aralıda yerləşən ərazidə inşa ediləcək. Təqdim olunan maket layihənin necə həyata keçiriləcəyini və pavilyon daxilində hansı obyektlərin yer alacağını göstərir”. A.Elkabayev qeyd edib ki, layihə 20 min hektar ərazini əhatə edəcək. Ərazidə muzeylər, Olimpiya stadionu, biznes mərkəzləri, yaşayış binaları, həmçinin əyləncə parkları tikiləcək. O əlavə edib ki, pavilyona maraq böyükdür: “Müxtəlif peşə sahibləri pavilyonumuzla tanış olur və layihəyə ciddi maraq göstərirlər. Bir çoxu Özbəkistana səfər etmək, ölkəmizi ziyarət etmək və layihəni yaxından görmək istədiyini bildirir”. Gülçin Aslanlı

Chosen
37
4
metbuat.az

5Sources