EN

Müharibəyə kubok fasiləsi: İran millisi ABŞ vizası üçün Ankarada

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı il FIFA Dünya Kubokunun başlamasına sayılı günlər qaldığı bir vaxtda futbol dünyasının diqqəti Ankaradakı diplomatik nümayəndəliklərə yönəlib.

"Cebheinfo.az" xəbər verir ki, turnirin ev sahiblərindən olan ABŞ və Kanada ilə diplomatik əlaqələri olmayan İran İslam Respublikası milli komandasının Dünya Kubokunda iştirakını təmin etmək üçün Türkiyə əsas mərkəz kimi seçilib.

Antalyadakı təlim-məşq toplanışından ayrılan İran milli komandasının futbolçuları viza müsahibəsi üçün ciddi təhlükəsizlik tədbirləri altında ABŞ-nin Ankaradakı səfirliyinə gəliblər.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək 2026-cı il FIFA Dünya Kubokunda iştirak edəcək İran millisi turnir öncəsi viza prosedurlarını tamamlamaq üçün ABŞ və Kanada qurumlarına müraciət edib.

11 iyun–19 iyul tarixlərində keçiriləcək turnirdə iştirak edəcək iranlı futbolçular ABŞ-nin Ankaradakı səfirliyində viza üçün müraciət ediblər. Bildirilir ki, komanda Dünya Kubokuna ev sahibliyi edən ölkələrdən biri olan ABŞ-yə giriş üçün rəsmi prosedurları yekunlaşdırmağa çalışır.

Səfirlikdən çıxarkən futbolçulara ünvanlanan “Viza müraciətiniz müsbət nəticələndimi?” sualına isə onların gülümsəyərək reaksiya verdiyi müşahidə olunub.

Məlumata görə, İran millisinin Kanada ilə bağlı viza prosedurları üçün də Ankaradakı viza mərkəzinə iki ayrı qrup şəklində müraciət edilib. Prosesin Dünya Kuboku öncəsi bütün futbolçuların turnirdə tam heyətlə iştirakını təmin etmək məqsədi daşıdığı bildirilir.

ABŞ Prezidenti Donald Tramp mayın 12-də verdiyi açıqlamada İran millisinin turnuvada iştirakına toxunaraq bildirib:

“İran milli futbol komandası Dünya Kubokunda iştirak edə bilər, lakin onların öz həyatı və təhlükəsizliyi baxımından bunun uyğun seçim olduğunu düşünmürəm”.

Viza prosesi davam etdiyi bir vaxtda İranın turnirdə iştirakı və təhlükəsizlik məsələləri beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir. Müşahidəçilər hesab edirlər ki, bu məsələ 2026-cı il Dünya Kuboku ərəfəsində həm diplomatik, həm də idman baxımından əsas müzakirə mövzularından birinə çevrilib.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
cebheinfo.az

1Sources