EN

Bakı-Tiflis qatarı ilə gedənlərə xəbərdarlıq - Cərimələnə bilərsiniz

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkə ərazisində qalma müddətini əhatə edən tibbi sığortaya malik olmalıdırlar. Qayda turizm, işgüzar səfər və tranzit məqsədilə ölkəyə daxil olan bütün sərnişinlərə şamil olunur. Bəs, Bakı–Tiflis qatarı ilə səyahət edənlər üçün bu məsələ necə tənzimlənəcək?
 
Sitat.info xəbər verir ki. bu barədə Manset.az-a açıqlama verən "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, sərnişinlər biletlərini alarkən əlavə səyahət sığortasını da əldə etməlidirlər.
 
Onun sözlərinə görə, ölkəyə daxil olan bütün sərnişinlərin tibbi sığortası olmalıdır:
 
"Səfər edən şəxslər mütləq şəkildə sığortalanmalıdırlar. Əks halda, Gürcüstan ərazisinə giriş zamanı cərimə tətbiq oluna bilər. Azərbaycan Dəmir Yolları QSC isə bu məsələ üzrə məsuliyyət daşımır”.
 
O əlavə edib ki, tibbi sığortanın bilet qiymətinə aidiyyəti yoxdur.
Chosen
1
2
sitat.info

3Sources