EN

Rikelme lazımi vəsaiti topladı: “Real”ın prezidenti olmaq istəyir

İspaniyanın “Grupo Cox” şirkətinin rəhbəri Enrike Rikelme “Real Madrid”in prezidentliyi uğrunda yarışda iştirak etmək üçün lazımi depoziti artıq təmin etdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, “Vozpopoli” portalının məlumatına görə,

müqavilə ümumilikdə 187 milyon avro dəyərində maliyyə zəmanətləri ilə bağlıdır. Rikelme bildirib ki, onun namizədliyi ilə bağlı yekun qərar yaxın günlərdə veriləcək.

“Artıq lazımi depozitimiz var. İki və ya üç gün ərzində iştirak edib-etməyəcəyimizə qərar verəcəyik”, – deyə o, Madriddə keçirilən xeyriyyə tədbirində çıxış edərkən bildirib.

“Əgər seçkilərə getsək, bu, yalnız yeni “Real” üçün növbəti 10-20 il ərzində həqiqətən vacib və iddialı bir şey üçün olacaq”, – Rikelme əlavə edib.

Chosen
24
50
publika.az

10Sources