Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar” adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel müzakirələrində BMT-Habitat-ın nümayəndəsi Jose Chong, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Francisco Obando, Van Leer Fondunun nümayəndəsi Patricia Marinho, FIA Fondunun nümayəndəsi Atsani Ariobowo, Kali Bələdiyyəsinin nümayəndəsi Maria Pacheco, San-Paulu Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Debora Tellini və Placemaking Azərbaycanın nümayəndəsi Aytən Hüseynli çıxış ediblər.
Tədbirdə sürətli urbanizasiya və şəhərlərdə uşaqların artan payı fonunda inklüziv ictimai məkanların yaradılmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, 2030-cu ilə qədər şəhər əhalisinin 60 faizinin 18 yaşdan aşağı olacağı gözlənilir və bu səbəbdən uşaqların şəhərsalma proseslərində iştirakının artırılması mühüm əhəmiyyət daşıyır.
Natiqlər qeyd edib ki, ictimai məkanlar erkən yaş dövründə uşaqların sosial və emosional inkişafında əsas rol oynasa da, xüsusilə aztəminatlı və qeyri-formal yaşayış ərazilərində yaşayan uşaqların bu proseslərdə iştirakı məhduddur.
Çıxışçılar uşaqlar üçün daha təhlükəsiz və inklüziv ictimai məkanların yaradılmasında iştirakçı yanaşmaların vacibliyini vurğulayıblar.
Sessiya sual-cavab formasında davam edib.
Müxbir - Fidan Əlizadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.