EN

Polşa NATO-nun Baltik Hava Polisi missiyasına qırıcı təyyarələr göndərəcək

Müdafiə naziri Hanno Pevkur (İslahat Partiyası) Polşanın bu il NATO-nun Baltik Hava Polisi missiyasında iştirak etmək üçün qırıcı təyyarələrini Əmari Hava Bazasına göndərəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ERR-ə istinadən məlumat yayıb.

Məlumat Estoniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla verilib.

Pevkur bu açıqlamanı Tallində Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamışla görüşdən sonra səsləndirib.

Onun sözlərinə görə, Polşanın bu qərarı Estoniyanın hava məkanında pilotsuz uçuş aparatı ilə bağlı son hadisə fonunda xüsusi əhəmiyyət daşıyır.

“Bu həftə baş verən dron hadisəsi bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsinin təhlükəsizliyimizə birbaşa təsir etdiyini göstərir. Buna görə Polşanın Baltik Hava Polisi missiyasında iştirak niyyətini və qırıcı təyyarələrini Əmari bazasına yerləşdirməsini alqışlayırıq”, - deyə Pevkur bildirib.

Nazir qeyd edib ki, Estoniya və Polşa son illərdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirib.

O, hər iki ölkənin Avropaya qarşı təhdidləri oxşar şəkildə qiymətləndirdiyini və müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaqla müttəfiqlər üçün nümunə göstərdiyini vurğulayıb.

Pevkur əlavə edib ki, Estoniya və Polşa Avropanın müdafiə imkanlarını gücləndirmək və təchizat təhlükəsizliyini artırmaq üçün müdafiə sənayesinə böyük sərmayələr yatırır.

Aminə ŞAHSUVARQIZI

Chosen
22
1
redaktor.az

2Sources