EN

Özümə kişilərin olmadığı serial tapacağam

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Çəkiliş meydançasında çoxlu kişi ilə işləyirik. Həmişə mafiya serialları olur. Kaş ki, bir malikanədə baş verən hekayə olaydı, nəhayət rahatlaya biləydim. Kaş ki".

Axşam.az xəbər verir ki, bu sözləri türkiyəli aktyor Oktay Kaynarca jurnalistlərə açıqlamasında deyib. O, növbəti dəfə həmkarı Halit Ergençi buna görə qısqandığını dilə gətirib:

"Həmişə deyirəm ki, Halitə çox paxıllıq edirəm. O, sarayda, hərəmxanada seriala çəkilib. Necə də gözəldir. Bu günə qədər mənim başıma belə bir şey gəlməyib. Həmişə kişilərlə birlikdəyəm. Bu, taleyin işidir. Bundan sonra planlaşdıracağam. Bundan sonra özümə kişilərin olmadığı serial tapacağam".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
3
axsam.az

4Sources