EN

Bakıda yeni yol layihələri nəqliyyat sistemini gücləndirəcək -

“Yollar sadəcə asfalt və sement deyil. Yollar iqtisadi əlaqəlilik, ərazi balansı, təhlükəsizlik, mobillik və nəticə etibarilə insanların gündəlik həyat keyfiyyətinin bir hissəsidir”.Metbuat.az-ın məlumatına görə, bu sözləri WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə AAYDA-nın nümayəndəsi Fariz Əzizov deyib. F.Əzizov bildirib ki, hazırda həyata keçirilən layihələr Bakıda tıxacların nəzərəçarpacaq dərəcədə azalmasına şərait yaradır. Şəhər mərkəzinə düşən nəqliyyat yükü optimallaşdırılır və daha balanslı şəkildə bölüşdürülür. Eyni zamanda bu layihələr regional inteqrasiyanı gücləndirir və dayanıqlı, rəqabətqabiliyyətli metropoliten inkişafın formalaşmasına töhfə verir.“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq biz daha ağıllı mobillik həlləri tətbiq edirik.Yol hərəkətində təhlükəsizlik standartlarını yüksəldirik.Ətraf mühitə təsiri azaldırıq.İnfrastrukturun uzunmüddətli dayanıqlığını təmin edirik. Bu yanaşma nəqliyyat sisteminin daha müasir və səmərəli inkişafına töhfə verir”, - deyə Fariz Əzizov qeyd edib.

Aynur Abdınova / Metbuat.az

Chosen
1
metbuat.az

1Sources