EN

Slovakiyadakı beynəlxalq reqataya yollanacaq avarçəkənlər müəyyənləşib

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın gənc kayak və kanoeçiləri Slovakiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, mayın 22-24-də Slovakiyanın paytaxtı Bratislavada kanoe sprinti üzrə 38-ci “Regatta Bratislava” beynəlxalq reqatası keçiriləcək.

Gənclər və U-23 yaş kateqoriyaları arasında təşkil olunacaq yarışda 20 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Azərbaycan Su İdman Növləri Federasiyası reqatada yeddi nəfərlik heyətlə təmsil olunacaq.

Komandanın tərkibində Hüseyn Səmədli kanoe növündə çıxış edəcək. Niyaz Məlikov, Mustafa Vəlizadə, Elmir Tarverdiyev, İvan Vorobjanski, Amil Ramazanov və Əlimurad Hacızadə isə kayak yarışlarında mübarizə aparacaqlar.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
icma.az

1Sources