EN

ICESCO mədəni irsin qorunması təşkilatın beynəlxalq fəaliyyətində prioritetdir” - ANAR KƏRİMOV

ICESCO postmünaqişə dövründə dayanıqlı və inklüziv mədəni dirçəliş modelini mədəni irsin qorunması və bərpası ilə bağlı bütün proqramlarının əsas yanaşması kimi qəbul edir. SİA xəbər verir ki, bunu ICESCO-nun Tərəfdaşlıqlar və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, mədəniyyətin bərpa proseslərinin mərkəzində yer alması postmünaqişə ərazilərinin uzunmüddətli inkişafı və yenidən canlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu model və təşəbbüs xüsusi diqqət və dəstəyə layiqdir: “Azərbaycan Mədəniyyət Nazirliyinin belə nüfuzlu beynəlxalq platformada bu təşəbbüslə çıxış etməsini yüksək qiymətləndiririk”.

Anar Kərimov qeyd edib ki, ICESCO mədəni irsin qorunmasını təşkilatın beynəlxalq fəaliyyətində prioritet istiqamətlərdən biri hesab edir. Bu məqsədlə qurum nəzdində İslam Dünyası İrs Mərkəzi yaradılıb və mərkəz İslam dünyasına aid mədəni irs nümunələrinin qeydiyyatı və təşviqi istiqamətində fəaliyyət göstərir.

Sonda vurğulanıb ki, ICESCO-nun fəaliyyəti UNESCO-nun həyata keçirdiyi layihələrin alternativi deyil, onları tamamlayan və gücləndirən mexanizm rolunu oynayır.

Müəllif: Günay Hacıyeva
Chosen
15
1
sia.az

2Sources