İtaliyalı futbol mütəxəssisi Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi olmaq arzusundadır.
Msport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bu məqsədlə illik 2 milyon avro məvacibə də razıdır.
Qəti qərarı isə İtaliya Futbol Federasiyasının yeni prezidenti verəcək. Milli komandanın baş məşqçi postuna digər namizədlər arasında Antonio Konte və Massimiliano Alleqri də yer alır.
Mançini 2018-2023-cü illərdə İtaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda AVRO-2020-nin qalibi olub. Roberto Mançininin son iş yeri ötən ilin oktyabr ayının sonunda tərk etdiyi Səudiyyə Ərəbistanının milli komandası olub.