EN

Bu yolda svetofor düzgün işləmir Sürücülər təhlükə ilə üz üzə qalıb VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Masazır dairəsində svetoforun düzgün işləməməsi ilə bağlı sürücülərdən biri redaksiyamızın qaynar xəttinə müraciət edib. Avtosfer.az xəbər verir ki, sürücünün sözlərinə görə, körpünün altında quraşdırılmış svetoforun əlavə bölməsindəki yaşıl işıq heç bir xəbərdarlıq olmadan qəfil sönür. Həmin anlar avtomobildə quraşdırılmış videoregistrator tərəfindən də qeydə alınıb.

Yaşıl işığın qəfil sönməsi sürücüləri cərimələnməmək üçün sərt tormoz verməyə məcbur edir. Bu isə arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələni qısa zamanda araşdıraraq problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görəcəklər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
82
avtosfer.az

1Sources