EN

Tarixi şok gəlişmə: Suriya 1975-ci ildən bəri ilk dəfə G7 sammitinə çağırıldı

Yaxın Şərqdə cərəyan edən irimiqyaslı müharibələr qlobal ticarət yollarını iflic etdiyi bir vaxtda, dünya siyasətinin iqtisadi və strateji xəritəsini kökündən dəyişdirəcək misli görünməmiş, tarixi bir hadisə baş verib. Dünyanın ən güclü dövlətləri strateji çıxılmaz vəziyyətdən qurtulmaq üçün Suriya ilə bağlı sensasion addım atıblar.

Musavat.com xəbər verir ki, Suriya "Böyük Yeddilik" (G7) qrupunun 1975-ci ildə yaradılmasından bəri ilk dəfə olaraq sammitə rəsmi dəvət olunmuş ölkə statusunda qatılacaq. Dünyanın aparıcı informasiya agentliklərindən olan "Reuters" diplomatik vəziyyətlə yaxından tanış olan üç fərqli mənbəyə istinadən bu barədə şok məlumat yayıb. Məlumata görə, iyunun 15-dən 17-nə dək Fransanın cənub-şərqindəki Evian-le-Ben şəhərində keçiriləcək bu kritik sammitdə Suriyanı rəsmən keçid dövrünün prezidenti Əhməd əş-Şəraa təmsil edəcək.

Mənbələrin bildirdiyinə görə, bu tarixi dəvət cari həftədə Parisdə G7-nin geniş tərkibli danışıqlarında iştirak edən Suriyanın maliyyə naziri Yisr Barniyə şəxsən təqdim olunub. Suriyalı rəsminin verdiyi eksklüziv məlumata görə, sammit çərçivəsində aparılacaq danışıqların əsas diqqət mərkəzində və müzakirə mövzusunda Suriyanın beynəlxalq logistikadakı yeni rolu dayanacaq. Belə ki, İranla davam edən müharibə nəticəsində qlobal neft və ticarət daşımalarının əsas damarı olan Hörmüz boğazının tamamilə bağlanması dünyanı alternativ yollar axtarmağa məcbur edib. Bu kontekstdə Qərb dövlətləri Suriyanı qlobal tədarük zəncirləri üçün "potensial strateji qovşaq (hab)" qismində görürlər və bu tarixi gedişlə bölgədəki bütün tarazlıqları yenidən qurmağı hədəfləyirlər.

Musavat.com

Chosen
17
musavat.com

1Sources