EN

“CPM-Invest İnvestisiya Şirkəti” maliyyə hesabatını açıqladı

“CPM-Invest İnvestisiya Şirkəti” ASC-nin xalis mənfəəti 2024-cü ildəki 168 046 manat fəaliyyət nəticəsi ilə müqayisədə 2025-ci ildə 1 milyon 110 min manat təşkil edib. Beləliklə, investisiya şirkətinin illik xalis mənfəəti son bir ildə 6.6 dəfə artıb.

Banker.az bu barədə ASC-nin 2025-ci il üzrə maliyyə göstəricilərinə istinadən xəbər verir.

“CPM-Invest İnvestisiya Şirkəti” ASC-nin ümumi gəlirləri 2024-cü ildəki 2 milyon 507 min manatdan 2025-ci ildə 2 milyon 968 min manata yüksəlib ki, bu da illik müqayisədə 18.4% artım deməkdir.

Gəlirlərin artması ilə yanaşı, şirkətin inzibati və digər əməliyyat xərcləri 2 milyon 298 min manatdan 1 milyon 496 min manata qədər azalıb və nəticədə əməliyyat mənfəəti 210 min 57 manatdan 1 milyon 472 min manata çatıb.

 

Chosen
26
1
banker.az

2Sources