"Qarabağ" klubu heyəti gücləndirmək üçün növbəti transfer addımını atmağa hazırlaşır. Ağdam təmsilçisinin hədəfində qambiyalı hücumçu Zakaria Savo var.
Far.Az Kipr mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı forvard artıq Bakıya doğru yola düşüb.
Bildirilir ki, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və futbolçunun qısa müddətdə komandaya qoşulması gözlənilir.
Hazırda İsveçin "Djurgardens" klubuna məxsus olan Savo mövsümün ikinci hissəsini icarə əsasında Kiprin AEL Limassol komandasında keçirib.