EN

Bahar Muradova: “Gender bərabərsizliyinin yaratdığı fəsadları cəmiyyət artıq qəbul etmir

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender bərabərliyi ilə bağlı görülən işlər, qarşıda duran çağırışlar və cəmiyyətin bu prosesdəki rolu barədə Bizimyol.info-ya danışıb.

O bildirib ki, qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri məhz gender bərabərliyinin təmin olunmasına nail olmaqdır:

“Bizim fəaliyyətimizin əsas məzmunu məhz bu bərabərliyin təmin olunmasına çalışmaqdır. Bilirsiniz ki, Azərbaycan bir çox ölkələrdən fərqli olaraq gender bərabərliyi haqqında qanunu hələ 2006-cı ildə qəbul etmişdi. Yəni, çox böyük bir tarixçəsi var və yenə də digər başqa ölkələrdən fərqli olaraq biz artıq altıncı dəfədir ki, bu il, gələn həftənin ikinci günü, yəni ayın 26-da Milli Məclisin plenar iclasında o qanunun 2025-ci ildə icra vəziyyətinə dair məlumatı təqdim edəcəyik. Bu, Azərbaycanda bütün fəaliyyət sferalarında bərabərliyin, gender bərabərliyinin vəziyyətinə və qarşıda dayanan çağırışlara dair məsələləri özündə ehtiva edəcəkdir”.

Komitə sədri qeyd edib ki, yaxın zamanda Prezident tərəfindən gender bərabərliyinin təmin olunmasına dair fəaliyyət planı təsdiqlənib və həmin sənəddə mövcud problemlər, çətinliklər və onların həlli istiqamətində nəzərdə tutulan tədbirlər əksini tapıb:

“Həm də bilirsiniz ki, bu yaxınlarda cənab Prezident gender bərabərliyinin təmin olunmasına dair fəaliyyət planı imzaladı və o fəaliyyət planında da mövcud nöqsanlar, daha doğrusu problemlər, çətinliklər öz əksini tapıb və onların aradan qaldırılması ilə bağlı konkret işlər nəzərdə tutulur ki, növbəti iki il ərzində biz onu yerinə yetirməliyik”.

Bahar Muradova vurğulayıb ki, gender bərabərliyinin təmin olunması istiqamətində həm problemlər, həm də onların həlli üçün imkanlar mövcuddur. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti, xüsusilə gənclər bu məsələdə fəal mövqe nümayiş etdirir:

“O baxımdan düşünürəm ki, həm problemlərimiz var, həm də fürsətlərimiz var ki, onları aradan qaldıraq. Azərbaycan cəmiyyəti də bax sizin kimi gənc qızların, oğlanların, hər yaş qrupundan olan insanların timsalında bizim dəstəkləyicilərimizi ortaya qoyur. Və bizdən daha çox Azərbaycan cəmiyyəti bu bərabərliyin təmin olunması üçün çalışır, sual verir, yazır, işıqlandırır, məlumatlandırır və mətbuatın burada rolu çox böyükdür. Mən mətbuatımızdan çox razıyam bu mənada”.

Leyla Mirzə

O əlavə edib ki, ictimai qınağın təşkili vacib olsa da, onun forma və məzmununun düzgün qurulması xüsusi əhəmiyyət daşıyır:

“Əsas odur ki, insanlar bu bərabərsizliyin yaratdığı fəsadları cəmiyyətimizdə görmək istəmirlər və bunun özü irəliyə doğru çox böyük bir addımdır. Amma onu necə həyata keçirmək məsələsini biz sizinlə birlikdə öyrənə bilərik”.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
bizimyol.info

1Sources