Azərbaycan Qarabağda bərpa işlərini davam etdirir, şəhərlər canlandırılır, tarixi abidələr bərpa edilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirədə deyib.
"Azad olunmuş ərazilərdə mədəni abidələrin bərpasına xüsusi həssaslıqla yanaşılır. Bu, həm də regionun zəngin mədəni irsinin bərpası deməkdir", - o vurğulayıb.
Nazir müavini əlavə edib ki, Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətdə bərpası prioritetdir.