

Müəllif
İlhamə Vəliqızı
Bərpa yalnız dağıdılanı yenidən qurmaq deyil, həm də kimliyi və ləyaqəti, insanların özlərini aid hiss etdikləri məkanlarla olan mənəvi bağlarını bərpa etməkdir. “Böyük Qayıdış”ın uğuru da məhz bu prinsipə əsaslanır-işğaldan əvvəl mövcud olmuş mədəni və sosial həyatın yenidən canlandırılmasına xidmət edir.Ulusum.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiyada çıxışı zamanı deyib."Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı il 14 yanvar tarixində təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyəti insan həyatının, ictimai münasibətlərin, milli inkişafın və dövlət siyasətinin mərkəzinə qoyan yeni bir model irəli sürür", - deyə o qeyd edib.Nazir müavini diqqətə çatdırıb ki, burada mədəniyyət sadəcə bir sahə kimi deyil, kimliyi, dəyərləri, ictimai həmrəyliyi və nəsillərarası davamlılığı formalaşdıran canlı mühit kimi qiymətləndirilir və mədəni sahələrin sistemli və davamlı inkişafı əsasında qurulur.
Diqqət Çəkənlər
Azərbaycan neftinin qiyməti 112 dollar oldu
“Bakı Şəhərsalma Mükafatı”nın təsis olunduğu elan edilib
Müəllimlərin nəzərinə: Azərbaycan dilinin xaricdə tədrisi ilə bağlı yeni qrant müsabiqəsi