EN

Fidandan İsrail açıqlaması: “Türkiyə Qəzzada mülki əhaliyə...”

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə İsrail tərəfindən saxlanılan vətəndaşlarının geri qaytarılmasına çalışacaq. 

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Qlobal Sumud Donanmasına qarşı qanunsuz müdaxilədən sonra İsrail tərəfindən saxlanılan vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılmasını təmin etmək üçün fəal şəkildə çalışır. 

XİN rəhbəri qeyd edib ki, günün sonuna planlaşdırılan xüsusi uçuşların Türkiyə vətəndaşlarını, eləcə də üçün ölkələrdən oaln donanma iştirakçılarının Türkiyəyə gətirələcəyini təsdiqləyib. 

H.Fidan vurğulayıb ki, Türkiyə Qəzzada mülki əhaliyə humanitar yardımı davam etdirəcək və vətəndaşlarının hüquqlarını sona qədər qoruyacaq.

Qeyd edək ki, 44 ölkədən 428 nəfəri daşıyan donanma Qəzza sularında İsrail qüvvələri tərəfindən hücuma məruz qalıb və gəmidəki bütün fəallar saxlanılıb.

Yeddi Avropa ölkəsi də daxil olmaqla on ölkə hadisəyə etiraz olaraq İsraildən səfirlərini çağırıb. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
cebheinfo.az

2Sources