EN

“Əsas məqsəd insanların həyat keyfiyyətini yaxşılaşdırmaq olmalıdır"-

"Urbanistika və memarlıq yalnız tikinti və layihələndirmə məsələləri ilə məhdudlaşmır, əsas məqsəd insanların normal və komfortlu yaşayış şəraitinin təmin edilməsidir".Metbuat.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıdakı sessiyalarında çıxış edən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib; “Elə dövlətlər var ki, iqtisadi inkişaf baxımından dünyanın ön sıralarında yer alır. Amma buna baxmayaraq, həmin ölkələrdə yoxsulluq, evsizlik və sosial problemlər qalmaqdadır. Bu zaman sual yaranır: niyə yüksək iqtisadi imkanlara malik dövlətlər dəstəyə ehtiyacı olan insanlara kifayət qədər diqqət göstərmir?Hesab edirəm ki, memarlar və şəhərsalma mütəxəssisləri problemləri görür və onların həlli yollarını təklif edə bilirlər. Lakin bu təşəbbüslərin reallaşması üçün dövlətlərin və siyasi qərarvericilərin rolu həlledicidir".Memar əlavə edib ki, şəhərsalma sahəsində məqsədlərin müəyyənləşdirilməsi ilə yanaşı, həmin məqsədlərə hansı yollarla nail olunacağının da düzgün müəyyən edilməsi vacibdir.“Elə məsələlər var ki, onları yalnız peşəkar müzakirə ilə deyil, dövlət səviyyəsində qəbul olunan qərarlarla həll etmək mümkündür”, — deyə Elbay Qasımzadə bildirib.

Gülbəniz Hüseynli / Mətbuat.az

Chosen
5
metbuat.az

1Sources