EN

Dövlət proqramlarına dair maarifləndirici təlim keçirilib

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında mövcud əməkdaşlıq çərçivəsində dövlət qulluqçularının peşəkar inkişafının təmin edilməsi, səriştə və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Proqramların idarə olunması. Dövlət proqramları” mövzusunda təlim təşkil edilib.Newscenter.az xəbər verir ki, təlimdə DİM-in nümayəndəsi dövlət proqramları və layihələrinin mahiyyəti, əsas xüsusiyyətləri və fərqləri barədə iştirakçılara geniş məlumat verib. Eyni zamanda proqramların növləri, planlaşdırma və icra mərhələləri, proqram strukturunun hazırlanması, büdcə və maliyyələşdirmə mexanizmləri, monitorinq sistemi və qiymətləndirmə metodologiyası ətraflı izah olunub. İnteraktiv şəkildə keçən təlimdə real nümunələr əsasında praktiki tapşırıqlar yerinə yetirilib, iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.Təlimdə Energetika Nazirliyinin Aparatı, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
newscenter.az

2Sources