EN

Şəhərlər iqlim strategiyalarının əsas mexanizminə çevrilir UN Habitat

ain.az bildirir, Redaktor.az portalına istinadən.

“Təhlil göstərib ki, şəhərlərə getdikcə daha çox köməkçi element kimi deyil, iqlim strategiyalarının həyata keçirilməsinin əsas mexanizmlərindən biri kimi baxılır”.

Redaktor.az xəbər verir ki, bunu UN-Habitat-ın iqlim dəyişikliyi və şəhər mühiti məsələləri üzrə komandasının əməkdaşı Lea Ranalder Bakıda WUF13 çərçivəsində UN-Habitat-ın milli iqlim planlarının şəhər komponenti barədə yeni hesabatına ("NDC 3.0-da şəhər məzmunu: şəhərlər diqqət mərkəzində") həsr olunmuş tədbirdə deyib.

“Təqdim olunan 140-dan çox milli iqlim planının təxminən 80 %-ində artıq işlənmiş şəhər komponenti mövcuddur, halbuki əvvəlki nəsil sənədlərdə bu göstərici təxminən 49 % təşkil edirdi, Hər beş ildən bir yenilənən milli iqlim planları iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və uyğunlaşma sahəsində ölkələrin öhdəliklərini müəyyən edir, eləcə də iqlim maliyyələşdirilməsi və praktiki icra tədbirləri məsələlərini özündə ehtiva edir”.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
redaktor.az

2Sources