EN

Bəşir Hacıyev: Əsas prioritet ondan ibarətdir ki, qurulan infrastruktur inkişaf gözləntilərimizi də qarşılasın

Bakı, 21 may, AZƏRTAC

Münaqişədən sonrakı yenidənqurma prosesində əsas məsələ yalnız sürətli tikinti aparmaq deyil, gələcək üçün etibarlı və dayanıqlı təməl yaratmaqdır. Çünki söhbət tamamilə yenidən qurulan bir regiondan gedir və burada qəbul olunan hər qərar uzunmüddətli perspektivdə bölgənin inkişafına birbaşa təsir göstərir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

“Bizim üçün əsas prioritet ondan ibarətdir ki, qurulan infrastruktur yalnız bugünkü ehtiyacları deyil, inkişaf gözləntilərimizi də qarşılasın. Yəni burada həm müasir şəhərsalma prinsipləri, həm ekoloji yanaşma, həm də uzunmüddətli davamlılıq nəzərə alınır. Əgər prosesə yalnız sürət baxımından yanaşılsa, bu, gələcəkdə əlavə texniki problemlər və yenidən investisiya ehtiyacı yarada bilər. Ona görə də hesab edirik ki, keyfiyyətli və dayanıqlı şəkildə qurulan infrastruktur həm insanların rahat yaşayışını təmin edir, həm də bölgənin gələcək sosial-iqtisadi inkişafı üçün möhkəm əsas formalaşdırır”, - deyə o əlavə edib.

Fotoqraf - İlkin Cavanşirov
Operator - Ələkbər Baxşıyev
Chosen
10
azertag.az

1Sources