EN

38 yaşlı oyunçu ilə qan təzələdilər

Milli.az saytına istinadən ain.az xəbər verir.

"Selta"  klubu təcrübəli hücumçu Yaqo Aspas ilə yeni müqavilə imzalayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, futbolçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

38 yaşlı forvardın daha bir mövsüm komandanın heyətində çıxış edərək klubun uğurları üçün mübarizə aparacağı bildirilib.

Məlumata görə, Yaqo Aspas futbolçu karyerasını başa vurduqdan sonra da "Selta"dan ayrılmayacaq. Klub rəhbərliyi onun gələcəkdə struktur daxilində fəaliyyət göstərəcəyini açıqlayıb.

Qeyd edək ki, "Selta" akademiyasının yetirməsi olan Aspas komanda tarixinin ən çox oyun keçirən və ən çox qol vuran futbolçusu hesab olunur. Təcrübəli hücumçu uzun illərdir klubun əsas simalarından biri kimi tanınır.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
news.milli.az

1Sources