EN

UN-Habitat rəhbəri: Afrikada mənzil çatışmazlığı 2030-cu ilədək 130 milyona çatacaq

Afrikada mənzil çatışmazlığı hazırda 60 milyon vahidi ötür və mövcud tendensiyalar davam edərsə, bu göstərici 2030-cu ilə qədər 130 milyon vahidə çatacaq.

"APA-Economics" xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Annaklaudia Rossbax Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Africa Affordable Housing Compact – Deal Room Investor Session" sessiyasında deyib.

O bildirib ki, qitədə mənzil sektorunda maliyyələşdirmə boşluğu 1,4 trilyon ABŞ dollarından çoxdur.

UN-Habitat rəhbərinin sözlərinə görə, Afrika hazırda dünyanın ən sürətli urbanizasiya proseslərindən birini yaşayır. Belə ki, 2050-ci ilədək qitə şəhərlərinə yüz milyonlarla insanın köçəcəyi gözlənilir.

A.Rossbax qeyd edib ki, qarşıdakı onilliklərdə şəhər əhalisinin sürətli artımı mənzil təminatı, infrastruktur və əsas şəhər xidmətlərinə tələbi daha da artıracaq.

"Bu rəqəmlər Afrikanın üzləşdiyi çağırışların miqyasını göstərir", - deyə o vurğulayıb.

Chosen
21
apa.az

1Sources