EN

DÇ-2026: Almaniya millisinin heyəti açıqlanıb

Futbol üzrə Almaniya millisinin bu il keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.
Yekun siyahıya “Bavariya”nın qapıçısı Manuel Noyer də daxil edilib. O, 2024-cü ilin avqustunda yığma karyerasını bitirdiyini açıqlamışdı.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Almaniya millisi E qrupunda Ekvador, Fil Dişi Sahili və Kurasao ilə mübarizə aparacaq.
Chosen
28
1
yenicag.az

2Sources