EN

SON DƏQİQƏ: Qonşu ölkə SİLKƏLƏNDİ

Bu gün İranın Hörmüzqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Musavat.com

Chosen
27
1
musavat.com

8Sources