EN

"Bu, quru sərhədlərinin açılmasına təsir göstərəcək" - Deputat

"Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı ticarət dövriyyəsinə, turizmin və xidmət sektorunun inkişafına, eləcə də regional inteqrasiyaya töhfə verəcək".

AzNews.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib. Onun sözlərinə görə, artıq regionun canlandığının şahidiyik:

"Bu canlanma şübhəsiz ki, Azərbaycanın Zəfərindən sonra sürətlənib. Çünki mövcud və görünməyən maneələrin aradan qaldırılması məhz bundan sonra mümkün olub. Cənab Prezident İlham Əliyev hər zaman diplomatiyanın önəminə diqqət çəkir. Vizasız gediş-gəliş imkanlarının genişlənməsi, dəmir yolu və digər nəqliyyat vasitələri ilə sərhəd keçidlərinin asanlaşdırılması regionun iqtisadi potensialını artıracaq və quru sərhədlərinin açılmasına da təsir göstərəcək.

Chosen
7
3
aznews.az

4Sources