EN

Tbilisiyə qatar biletinə sığorta daxil deyil RƏSMİ

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı-Tbilisi arasında sərnişin qatarının yenidən fəaliyyətə başlaması regionda həm səyahət, həm də turizm baxımından mühüm dəyişiklik kimi qiymətləndirilir.

Məlumata görə, iki ölkə arasında sərnişindaşıma 26 may 2026-cı ildən etibarən bərpa olunacaq və gündəlik reyslər həyata keçiriləcək.

Bakı–Tbilisi istiqamətində bilet qiymətləri təxminən 81 manat, bölgələrdən isə məsafədən asılı olaraq 51–67 manat aralığında müəyyən edilib.

Maraqlıdır, bu bilet qiymətlərinə sığorta xərcləri də daxil edilirmi?

ADY-nin mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, 1 yanvar 2026-cı ildən etibarən Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən, adıçəkilən ölkəyə daxil olan sərnişinlər məcburi sığorta olunmalıdırlar: 

“Gürcüstana səyahət edən sərnişinlər mütləq şəkildə sığortalanmalıdırlar. Əks təqdirdə Gürcüstan ərazisinə daxil olan sərnişin cərimələnə bilər və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti buna görə heç bir məsuliyyət daşımır. Sığortalanmanı sığorta şirkətləri həyata keçirir”.

Bildirilir ki, bu, təyyarə ilə səfərlərdə də belədir.

Aişə

“Cebheinfo.az

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
cebheinfo.az

2Sources