EN

Zaxarova Ermənistana xəbərdarlıq etdi

BAKI, 21 may. TELEQRAF

“Ermənistanın gələcək xarici siyasət kursu kontekstində suallar yaranıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, Moskva vəziyyəti siyasi bəyanatlarla yox, İrəvanın Avropa İttifaqına (Aİ) yaxınlaşması fonunda Avrasiya İqtisadi Birliyindən (AİB) uzaqlaşması ilə qiymətləndirir.

Zaxarova Rusiya tərəfinin dəfələrlə AİB-ə üzvlük və Aİ-yə inteqrasiyanın dərinləşməsi arasındakı ziddiyyətlər barədə xəbərdarlıq etdiyini vurğulayıb:

“Moskva əvvəldən AİB-ə üzvlüyün başqa bir inteqrasiya blokunun müvafiq tənzimləmə mexanizmlərinin tətbiqi ilə birləşdirilməsinin mümkünsüzlüyünü bəyan edib. Bu, bütün səviyyələrdə dəfələrlə və ətraflı şəkildə Ermənistan tərəfinə çatdırılıb”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, oxşar şərhlər bundan əvvəl Prezident Vladimir Putin və baş nazirinin müavini Aleksey Overçuk tərəfindən də verilib.

Mariya Zaxarova Rusiyanın mövqeyini Aİ-nin AİB ölkələrinə qarşı siyasəti ilə “əlaqələndirib”. Onun sözlərinə görə, Aİ “dekonstruktiv siyasət” yürüdür və üzv AİB-ə üzv dövlətlərə qarşı sanksiyalardan təzyiq mexanizmi kimi istifadə edir:

“Həmin Qərbi Avropa, Aİ dağıdıcı kurs seçib və AİB üzv dövlətlərinə qarşı qanunsuz sanksiyalar tətbiq edirlər”.

Zaxarovanın fikrincə, bu baxımdan Ermənistanın Aİ ilə əməkdaşlığının daha da dərinləşməsi AİB çərçivəsində götürülmüş öhdəliklərlə birbaşa ziddir.

Rusiya rəsmisi Avropa İttifaqını Moskva və AİB-ə üzv dövlətlərə qarşı “hibrid müharibə”də də ittiham edib.

Chosen
11
1
teleqraf.com

2Sources